Avtobus sürücüsünü döymək istəyən xanım sürücüdən şok açıqlama

Gündəm 27 May 2014 17:26 Oxunub 2315
Avtobus sürücüsünü döymək istəyən xanım sürücüdən şok açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Züleyxa Şirinova: «Allah haqqı, imkan vermədiler, yoxsa onu öldürəcəkdim»

Son günlər avtobus sürücülərinin əməlləri digər sürücüləri əməlli-başlı hövsələdən çıxarıb. Artıq iş o yerə çatıb ki, insanlar yığışıb avtobus sürücülərini döyməyə başlayıblar. Çünki təklifdə kimsə avtobus sürücüsünü qayda pozduğuna, sürətlə sürdüyünə görə tənbeh edib nəsə deyərsə, təhqir dolu cavab alır. Buna görə də, artıq avtobus sürücülərinin döyülməsi xəbərlərini eşidirik. Sonuncu belə hadisə 88 saylı avtobusda baş verib. Avtobusun sürücüsü 5 nəfər tərəfindən əzişdirilib. Hadisə sürücünün siqnal verməsi üstündə baş verib. Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, sürücü siqnal verməkdə haqlı olub. Onu döyən zaman isə heç kim kömək etməyib. Avtobusda olan qadınlar qorxudan və həyəcandan ağlayıblar.

Bu xəbər Avtosfer.az saytında işıqlandırıldıqdan sonra sosial şəbəkələrdə müxtəlif reaksiyalar meydana gəlib. Əksəriyyət avtobus sürücüsünün döyülməsi xəbərini sevincə qarşılayıb. Züleyxa Hirinova adlı facebook istifadəçisi isə daha sərt fikirlər səsləndirib. Onun avtobus sürücüsünün döyülməsi xəbərinə yazdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:

«Dünən Şərifzadə küçəsində mən şəxsən bir avtobus şoferini it balası kimi çırpacaqdım. E… oğlu e…! İki avtobus dayanıb, yolu, hərəkəti bağlayıblar, sol tərəfdəkinin arxasında idim, dalbadal siqnala basıram ki, bu lom parçası tərpənsin, mənim arxamca zəncir düzülüb, simfonik orkestr düzəlib siqnallardan, Bu alçağın vecinə deyildi. Axırda, düşmüşəm maşından, getmişəm avtobusa, deyirəm, ay … niyə sürmürsən? Deyir, mənə ki, əcəb eləyirəm, siqnal verirsiz, mənə pis təsir eliyir, sürmürəm. Allah haqqı, imkan vermədilər, yoxsa onu öldürəcəkdim. Çox sırıqdılar çox».

Statusun bir xanım tərəfindən yazıldığını bir daha vurğulamaq istərdik!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

alik 10 Noyabr 2014 22:55
xaihish edirem xanim sozunu bele ucuzlashdirmayin xanim bele ifadeler ishletmez bele hadiseler her gun defelerle tekrar olunur amma haminin seviyyesine enmeye deymez be bir qadinin bir kishini doymesi realliqdan cox uzaqdir