Yol polisi sürücünü təhqir etdi - VİDEO

Gündəm 27 May 2014 17:37 Oxunub 2931
Yol polisi sürücünü təhqir etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili cərimə meydançasına aparılan sürücüyə "malış, ağıllı ol!” deyən DYP əməkdaşı onun telefonunu əlindən alıb

Paytaxtda yol polisinin nəqliyyat qaydalarını pozması ilə bağlı video yayılıb. Görüntü sosial şəbəkədə yayılıb. Videodan da göründüyü kimi, avtomobili polis tərəfindən cərimə meydançasına aparılan sürücü DYP əməkdaşının maşını telefonla danışaraq idarə etməsini lentə alıb. Bundan əsəbləşən yol polisi isə sürücünün telefonunu ondan alıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşı telefonunu istəyən sürücüyə "gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, ağıllı ol” deyib. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Anspress-ə açıqlamasında faktla bağlı məlumatının olduğunu və araşdırma aparıldığını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh