DYP-nin məhşur alay komandiri qəzaya düşdü – 10 YP 400

Yol polisi 25 Aprel 2015 13:48 Oxunub 13171
DYP-nin məhşur alay komandiri qəzaya düşdü – 10 YP 400
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəşadət Babayevdən açıqlama: «Sükan arxasında özüm olmuşam»

Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb. Hadisəni Rəşadət Babayev təsdiq edib. O, açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: “Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”.

Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib. 

Xatırladaq ki, Rəşadət Babayev bu vəzifəyə düz bir il öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə təyin edilib. Bu vaxtadək həmin vəzifədə polkovnik Nadir Piriyev çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh