«Range Rover»-i pikap etdilər - FOTO

Avtobazar 26 Aprel 2015 23:32 Oxunub 2610
«Range Rover»-i pikap etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almanlar bununla çinliləri sevindirmək istəyirlər

Alman “Startech” gözlənilməz layihə əsasında “Range Rover”-i dəyişib. Tünerlər möhtəşəm ingilis yolsuzluq avtomobilinin bazasında pikap düzəldiblər. Onlar bununla çinliləri sevindirmək istəyirlər. İlk təqdimat Şanxay avtosalonunda olacaq.

Yenilik 23-düymlük təkər diskləri, “qaşqabaqlı” asma alıb. Onun baqajı çox balacadır. Belə görünüşə malik “RR” bir qədər təəccüblüdür. Salona isə söz ola bilməz – burada dəri və karbon əlavələrə rast gəlmək olar.

Təkmilləşdirmə zamanı modelin 5,0-litrlik V8 mühərrikini “Startech” cəmi 16 əlavə güc ilə təmin edə bilib – 526 a.g. Avtomobil  ilk yüzlüyə 5,3 saniyəyə sürətlənir.

 

auto.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh