Sürücülər və piyadalar üçün yeni layihə - FOTO

Yol nişanları 27 Aprel 2015 13:51 Oxunub 10005
Sürücülər və piyadalar üçün yeni layihə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fotolar bütün dayanacaqlarda nümayiş etdirilir

Azərbaycan Nəqliyyat Nazirliyi “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi ilə (BEGOC) birgə yeni layihə hazırlayıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hər iki qurum yeni layihə üçün sosial şəkillər hazırlayıblar. Bu fotolar vasitəsi ilə piyadalar və sürücülər daha məsuliyyətli olmağa çağırılıb.

Belə ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib ki, sosial şəkillər dayanacaqlarda quraşdırılan montirolarda, eyni zamanda Bakıya yeni gətirilmiş avtobusların üzərində əks olunub. Əlavə olaraq qeyd edək ki, sosial şəkillər NİİM-in Facebook sahifəsində nümayiş etdirilir.

Şəfa Mehmanqızının sözlərinə görə, sosial fotoşəkillər vasitəsi ilə sürücülərə və piyadalara çağırış edilib: “Hazırda sosial çarxlara, sosial fotoşəkillərə böyük ehtiyac var. Piyadaları və sürücüləri daha məsuliyyətli olmağa çağırırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh