Sürücülərin cərimə məbləği azaldıldı: bal artırıldı - YENİLİK

Avtobazar 28 May 2014 00:50 Oxunub 2476
Sürücülərin cərimə məbləği azaldıldı: bal artırıldı - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib

Prezident “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb. Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidirlər. Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “ASAN ödəniş” sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentinə təqdim edəcək. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidirlər. 

Daxili İşlər Nazirliyi bir ay müddətində İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etməlidir.

Bundan başqa, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.

Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət 3 gün idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh