Avtobuslar deputata ŞOK yaşatdı - "Ölümdən döndüm"

Yazarlar 28 Aprel 2015 14:37 Oxunub 1855
 Avtobuslar deputata ŞOK yaşatdı -   "Ölümdən döndüm"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəzail Ağamalı: «Avtobus sürücülərinə kim bu qədər hüquq verib»

"Bu yaxınlarda mən maşınımla gedəndə iki avtobus maşınımı əhatəyə alın qəza şəraiti yaratdı. Biz ölümdən döndük. Maşını saxlayıb polisə bu barədə məlumat verdim". Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı parlamentdə “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib. O qeyd edib ki, polis bunun qarşısını ala bilmədiyini vurğulayıb: “Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Polis işçisi mənə dedi ki, müəllim, sizi tanıyıram, hörmətim var. Amma o avtobusların arxasında elə adamlar dayanır ki, bizlik deyil. Heç nə edə bilmərəm. Doğrudanmı, avtobus sahibkarlarına söz demək mümkün olmur?  Bu gün avtobus sürücüləri necə gəldi sürürlər. Sərnişinlərin hüquqlarını pozurlar. Yüksək səslə mahnılar qoyurlar. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh