Qayda pozan sürücülərin əksəriyyəti sərxoş sürənlərdir - VİDEO

Yol nişanları 29 Aprel 2015 08:28 Oxunub 10993
Qayda pozan sürücülərin əksəriyyəti sərxoş sürənlərdir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son bir həftədə 20 minə yaxın sürücü cərimələndi

Sürücülər, bu xəbərimizi diqqətlə izləyin. Bütün xəbərdarlıq və keçirilən reydlərə baxmayaraq hələ də kobud qayda pozan sürücülər var. Bunu deməyə ötən həftə ərzində Bakıda cərimələnən sürücülərin statistikası əsas verir.

Bakıda son 1 həftə ərzində 20 minə yaxın sürücü cərimələnib. Onlar təhlükəsizliyin təmin edilməsi üçün keçrilən reydlərdə müəyyən edilib. Qayda pozan sürücülərin əksəriyyəti sərxoş avtomobil sürənlərdir.

Ən çox pozulan qayda isə manevrlə bağlıdır.3945 sürücü məhz manevr qaydalarını pozduğu üçün cərimə olunub.Daha 276 sürücü işıqforun qırmızı işiğında keçən, 45-i sərnişindaşıma qaydalarını pozan, 10-u avtomobili nömrəsiz, 73-ü sənədsiz, 85-i isə pərdə və plyonka ilə idarə edənlərdir.

Qaydaları pozan sürücülərin cərimələrinə gəldikdə isə bu minimum 60 manat və 3 balla qiymətlənirilib. Həmin sürücülərin əksəriyyəti təkrarən qayda pozanlardır.

 

 

Xəzərxəbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh