Əcaib səs çıxaran 50 minlik motosikletlər cərimə meydançasında – FOTO

Avtoxəbər 1 May 2015 22:56 Oxunub 3672
Əcaib səs çıxaran 50 minlik motosikletlər cərimə meydançasında – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahalı motosikletlərin bahalı nömrələri var; xoruldada-xoruldada şəhərin mərkəzində sürürlər

Bakıda «xor-xor» səs çıxarıb insanları narahat edən motosikletəlrin sayı durmadan artır. Dövlət Yol Polisi İdarəsi isə belə nəqliyyat vasitələrinə qarşı mübarizəni davam etdirir. Aprelin 29-dan 30-na keçən Bakının mərkəzi küçələrində əcaib səslər çıxaran daha 4 motosiklet saxlanılıb və cərimə meydançasına salınıb. Avtosfer.az-ın əməkdaşı həmin motosikletlərin fotolarını Badamdar qəsəbəsində – Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasında çəkib. Cərimə meydançasının əməkdaşı bildirib ki, motosikletlər bura gecə yarısı gətirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin motosikletlərdən əlavə, 10-a yaxın başqa motosiklet də cərimə meydançasına salınıb. Onların arasında qadağan olunmuş səs qurğuları olanlarla yanaşı, dövlət nömrə nişanı olmadan idarə edilən motosikletlər də var: «Bu motosikletlər gecələr gurultulu səslə şəhərin küçələrində şütüyür. Bu da insanları narahat edir. Yol polisi də qanunun tələbini yerinə yetirərək belə nəqliyyat vasitələrini saxlayaraq cərimə meydançasına qoyur. Çünki qanunvericilikdə də yazılıb ki, bu cür səs qurğuları ilə nəqliyyat vasitələrini idarə etmək olmaz».

Qeyd edək ki, qanunvericiliyə görə, bu cür səs qurğularından istifadə edilən nəqliyyat vasitəsinin sahibini 500 manatdan 1000 manatadək cərimə gözləyir. Üstəlik, həmin qurğular da müsadirə olunur. Qurğuların qiyməti də bəzən cərimənin qiymətindən baha olur.

O ki qaldı bu motosikletlərlə, onların arasında elələləri var ki, qiyməti 50 min dollar civarındadır. Onları idarə edənlər də sadə adamlar deyil. Elə motosikletin görünüşü və nömrə nişanı da bunu deməyə əsas verir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh