Görün, “QAZ-24” nə günə qalıb... - FOTOSESSİYA

Avtobazar 1 May 2015 23:12 Oxunub 4487
Görün, “QAZ-24” nə günə qalıb... - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir vaxtlar Azərbaycanın birinci adamlarının xidmətində olan maşınlar

Bir vaxtlar Azərbaycanın birinci adamlarının xidmətində olan, yalnız nazirlərin, yüksək vəzifəli dövlət adamlarının mindiyi, sadə vətəndaşlara isə həyatda bir dəfə, o da toy günündə əyləşmək qismət olan “QAZ-24” avtomobilləri indi nəninki hamıya əl çatan, hətta hamının yük çatdığı “Eşşək arabası”na dönüb. SSRİ dövrünün nostaljilərindən biri kimi xatırlanan bu qaralı-ağlı volqalardan ikisi bu gün “Qafqazinfo”nun əməkdaşının fotokamerasına tuş gəlib. 

Maraqlıdır ki, bir vaxtlar insanların ancaq toy günlərində ən böyük arzusu “QAZ 24”də getmək olan, əsərlərin, filmlərin demək olar ki, hər birində haqqında bəhs olunan bu maşınlar indi sanki lazımsız əşya təsiri bağışlayır.

İndi hər ikisi eyni məqsəd üçün istifadə olunan volqalar “bellərinə” bərkidilmiş dəmir qurğullarla küçədə hərəkətdə olan avtomobillərin arasında qəribə mənzərə yaradıblar. İndi həm “QAZ-24”lərin bugünkü halını, həm də onların istifadəsinə dair tarixi fotoları oxucuların diqqətinə təqdim edirik. 

Qeyd edək ki, “QAZ-24” avtomobillərinin istehaslı 1965-85-ci illərdə SSRİ-də həyata keçirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh