Bakıda qorxunc qəzadan ŞOK VİDEO

Avtoreyd 1 May 2015 20:30 Oxunub 3310
Bakıda qorxunc qəzadan ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolayrıcını keçmə qaydalarını pozan avtomobillərin toqquşması filmlərdəki səhnəni xatırladır

Bakıda dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, yolayrıcını keçmə qaydalarını pozan nəqliyyat vasitəsi ağır qəzaya səbəb olur. Sağdan sürətlə gələn avtomobil qarşısındakı avtomobilə çırpılaraq bir göz qırpımında yoxa çıxır. Sürət o qədər güclü olur ki, toqqquşan maşınlar bir anda Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kamerasının görüntü dairəsindən itir. Yolayrıcını keçmə qaydalarını pozan avtomobillərin toqquşması filmlərdəki səhnəni xatırladır. Ərazi qaranlıq olduğu üçün günahın hansı sürücüdə olduğunu dəqiq söyləmək bir qədər çətindir. Görünən odur ki, qəzanın ağırlıq dərəcəsi sürət həddindən asılıdır. Normal sürətdə belə qəza baş verməzdi.

Avtosfer.az həmin qəzanın videosunu təqdim edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh