Bakının yeni işıqforları  - VİDEO

Yeniliklər 1 May 2015 18:16 Oxunub 1677
Bakının yeni işıqforları  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda yeni funksiyalı işıqforlar qurlaşdırılıb

Paytaxtda yeni funksiyalı işıqforlar qurlaşdırılıb. İlk dəfə 1868-ci ildə Londonda Parlament binası qarşısında qurlaşdırılan işiqfor indi dünyanın bütün ölkələrində istifadə olunur. Yarandığı vaxtlarda qırmızı və yaşıl sayrışan işıqdan ibarət olan yol tənzimləyicisinə 1920-ci ildə sarı rəngli işıq əlavə olnub. 3 rəngli işiqforlar isə ilk dəfə ABŞ-ın Detroyt və Nyu-York şəhərlərini bəzəyib. Paytaxt Bakının istənilən küçəsində də bu yol nizamlayıcısına rast gəlmək olar. Amma bəzi küçələrdə fərqli funksiyalı işıqforlara da qurlaşdırılıb. Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində olan işıqfor piyadalar tərəfindən idarə olunan xüsusi mexanizmlə təchiz edilib. 

Bir çox hallarda yol-hərəkət qaydalarının pozulması sürücülərin işıqforlardakı siqnalı görməməsi və ya onun tələblərinə məhəl qoymamasından qaynaqlanır. Paytaxt ərazisində qurlaşdırılan yeni növ işıqforların özəllikləri isə ölçülərinin fərqli olmasıdır. Bu isə hərəkət zamanı sayrışan işıqların həm sürücülərin və piyadaların diqqətini cəlb etməsinə, həm də hərəkətin təhlükəsizliyinə xidmət edir. Digər fəqli xüsusiyətli işıqfora paytatxın Nərimanov rayonu ərazisində rast gəlinir. Ağa Neymətulla və Fətəli xan Xoyski küçələrinin kəsişməsində qurlaşdırılan bu yol tənzimləyicisi görmə qüsurlu insanlar üçün nəzərdə tutub. Beləki o xüsusi səs siqnalı vasitəsilə onu eşidib, yoluna davam edə bilər. 

Hərəkət zamanı səbrinə sahib ola bilməyən şəxslərə də çarə tapılıb. Hərəkətdən hərəkətsizliyə və ya əksinə yanan işığı gözlməyənlər üçün də Bakının demək olar ki, bütün küçələrinə rəqəmli işıqforlar qurlaşdırılıb. Amma unutmaq lazım deyil ki, bütün bu görülən işlərin əsas məqsədi insan sağlamlığının qorunmasına xidmət edir. Fərqi yoxdur sürücü kimi, ya da piyada kimi. Ona görə də, işıqforların bütün tələblərinə səbrlə və düzgün riaəyyət etmək lazımdır.

 

 

ANS TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh