Avtomobil sürücülərinə "qan udduran" tutuldu

Gündəm 1 May 2015 18:19 Oxunub 1670
Avtomobil sürücülərinə "qan udduran" tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lökbatan qəsəbəsində polis əməliyyat keçirib

Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat Qaradağ rayon Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 10-cu polis bölmələrinin əməkdaşlarının birgə əməliyyat keçiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Vaqif Alman oğlu Abbasov tutulub. Saxlanılan şəxs aprelin 29-da saat 18 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində Bakı şəhər sakini Ramin Hidayətova məxsus “Kia” markalı avtomobildən açıq qalmış qapısından daxil olmaqla saxlanc yerindən 2700 ABŞ dolları və 30000 rus rublu oğurlamaqda şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh