Dəmir yollarında yük daşımaları tarifləri aşağı salındı

Gündəm 1 May 2015 23:16 Oxunub 1200
Dəmir yollarında yük daşımaları tarifləri aşağı salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azərbaycan Dəmir Yolları” QSC yeni daşıma siyasətinin tətbiqinə start verib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas məqsədi Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsindən istifadə edərək, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi çərçivəsində ölkənin tranzit potensialını artırmaqdır”.  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu siyasətin uğurla həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC yeni daşıma siyasətinin tətbiqinə start verib.

Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə və Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib. Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və yük daşıma xidmətinin daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq bir sıra qərarlar verilib.

Yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlar uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb. Bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud  tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-dək, konteyner daşımalarında isə 50%-ə qədərdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh