Polis olmaq istəyənlər nazirin qəbuluna gəlsin

Gündəm 1 May 2015 23:43 Oxunub 1970
Polis olmaq istəyənlər nazirin qəbuluna gəlsin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili işlər naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Ramil Usubov mayın 25-də saat 10:00-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarının sakinlərini Göyçay Rayon Polis Şöbəsində qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız qeyd edilən şəhər və rayonların müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi, həmçinin boyu 170 santimetrdən aşağı olmayan qadın vətəndaşları iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda göstərilən şəhər, rayon polis şöbələrinin post-patrul nizami hissələri üzrə 30 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından kişi vətəndaşlara üstünlük veriləcəyinin nəzərə alınması xahiş olunur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh