Bakıda kişinin maşını yandı, köməyə qadın gəldi – QƏZADAN VİDEO

Avtoreyd 3 May 2015 01:45 Oxunub 3750
Bakıda kişinin maşını yandı, köməyə qadın gəldi – QƏZADAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkət edən avtomobil səkiyə çırpılaraq yanmağa başlayıb

Bakıda baş vermiş ağır yol qəzasında qadın piyadının göstərdiyi şücaət təşlükəsizlik kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən «Mersedes» markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb. Təkərlərin sürtünməsi nəticəsində avtomobil bir anda alışmağa başlayıb. Maşından sağ çıxan sürücüyə yardım etmək üçün isə piyada qadın ona köməyə qaçıb. Qadın həmin sürücünün qolundan tutaraq alovlanan maşından kənarlaşdırıb.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameralarının qeydə aldığı görüntülərdə yolu keçən piyadalar arasında kişilərin də olduğu görünür. Lakin qəzaya düşən sürücüyə yardım etmək üçün ilk gedən qadın olur. Kişilər sonradan köməyə gəlir.

Avtosfer.az həmin videonu təqdim edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh