“Elə yol polisləri var ki, nəinki özünü...” - AÇIQLAMA

Yazarlar 5 May 2015 18:33 Oxunub 1463
“Elə yol polisləri var ki, nəinki özünü...” - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Mətbuatda gedən hər bir yazıya və videoya operativ reaksiya var”

“Baxmayaraq ki, Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı vaxtaşırı mətbuatda və sosial şəbəkələrdə videolar və informasiyalar yerləşdirilir, bəzi DYP əməkdaşları hələ də köhnə xislətindən əl çəkmək istəmirlər”. Bu sözləri Editor.az-a açıqlamasında Avtosfer.az portalının baş redaktoru Elməddin Murdalı söyləyib. Onun sözlərinə görə, DYP əməkdaşlarının qanunsuz fəaliyyəti ictimailəşəndən sonra onlara qarşı tədbirlər görülür: “Etiraf etmək lazımdır ki, rəhbərlik etdiyim Avtosfer.az saytında və digər mətbuat orqanlarında yerləşdirilən hər bir yazıya, videoya operativ reaksiya var. Bu baxımdan DYP rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirmək olar. Amma təəssüf ki, bəzi DYP əməkdaşları hələ də öz köhnə şakərindən qurtula bilmir. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi hesabatlarda hər il 200-300 polis əməkdaşının cəzalandırıldığı faktı öz təsdiqini tapır. Bu əslində yaxşı haldır. Çünki intizamsız, öz fəaliyyəti ilə təmsil olunduğu qurumun adına ləkə gətirən polisi əməkdaşları ümumilikdə bu sistemin özünə başucalığı gətirmir. Cəzalandırma mexanizmi həm də o baxımdan vacibdir ki, digərləri də bundan örnək götürsün. O adamlar vicdanla çalışan, işinə məsuliyyətlə yanaşan həmkarlarını da ləkələmiş olurlar. Eyni zamanda polis siteminə yeni kadrlar cəlb olunur ki, onların fəaliyyəti daha şəffaf və peşəkardır”.

“Sürücülər özləri yol polisinə “pas ötürür”” deyən Elməddin Muradlı hesab edir ki, əsas məsələ cəmiyyətdə sürücü mədəniyyətinin formalaşmasına nail olmaqdır: “Bütün hallarda heç kimi səbəbsiz yerə saxlamırlar. Buna səbəb olur. Həm bəzi DYP əməkdaşlarının neqativ fəaliyyəti, həm də bəzi sürücülərin məsuliyyətsizliyi nəticə etibarilə belə bir vəziyyətin ortaya çıxmasına səbəb olur. Biz yol polisi sistemini nə qədər tənqid ediriksə, bir o qədər də məsuliyyətsiz sürücüləri qınaq obyektinə çevirməli, onları daha məsuliyyətli olmağa dəvət etməliyik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh