AXCP üzvünün ölümünə səbəb olan sürücüyə 5 İL 6 AY HƏBS

Yazarlar 7 May 2015 13:52 Oxunub 1552
AXCP üzvünün ölümünə səbəb olan sürücüyə 5 İL 6 AY HƏBS
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisəsi keçən il Maştağa qəsəbəsində qeydə alınıb 

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Teymur Sağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T.Sağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.  Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Qəza zamanı E.İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyibər. E.İbrahimov dünən xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qəzada dünyasını dəyişən  Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvüdür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh