Təhsil Nazirliyi məktəblərdə yol hərəkəti qaydalarının təbliğinə başladı - FOTO

Yeniliklər 7 May 2015 17:37 Oxunub 1681
Təhsil Nazirliyi məktəblərdə yol hərəkəti qaydalarının təbliğinə başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəsarət Valehov: «Artıq bununla bağlı 2 mindən çox plakat hazırlanaraq orta məktəblərə paylanılıb»

Təhsil Nazirliyi məktəblərdə yol hərəkəti qaydalarının təbliğinə start verib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Bakıda 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində yol hərəkəti təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik tərəfindən 2 mindən çox plakat hazırlanaraq orta məktəblərə paylanılıb. Bu işin davam etdiriləcəyini deyən sektor müdiri bildirib ki, vizual görüntü uşaqların yaddaşında daha tez qalır. Bu səbəbdən də Təhsil Nazirliyi yol hərəkəti qaydalarının əks olunduğu və uşaqların yaddaşına daha tez təsir edə biləcək plakatların kütləvi nəşrini davam etdirəcək: «Biz artıq başlamışıq. Daha doğrusu, bu iş çoxdan gedirdi. İndi daha geniş çərçivədə davam etdirəcəyik».

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də bildirib ki, uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi vacib işdir. DYP-nin də bu işlərə dəstək verdiyini deyən şöbə rəisi əlavə edib ki, uşaqlar yol hərəkəti qaydalarını yaxşı bildikdə böyüklərə də təsir edirlər: «Hərəmiz bir sahənin adamı olsaq da, uşaqların yol hərəkəti təhlükəsizliyi məsələsi, onların yollarda qorunması bizi biraraya gətirib. Uşaqların yol qəzalarından qorunması üçün müxtəlif tədbirlər həyata keçirmişik və bu işlər davamlı olacaq».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh