Bakı-Sumqayıt yolunda gülünc mənzərə - FOTO

Yazarlar 8 May 2015 19:57 Oxunub 4424
Bakı-Sumqayıt yolunda gülünc mənzərə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəinki ölkəmizdə, həttadünyada çox nadir mənzərələrdən biri yaranıb

Yollarımızda müxtəlif qəribəliklərə tez-tez rast gəlirik. Bakı-Sumqayıt yolunda bu yaxınlarda istifadəyə verilmiş körpünün qulağındakı bu mənzərəni isə yalnız heyrətlə izləmək olar. 

Həmin yerdə dəmiryolun üstündə sovet dövründən qalan körpü ensiz olduğundan Bakı-Sumqayıt yolunda sıxlıq yaradan əsas səbəblərdən biri idi. Çünki yolun qalan hissəsində hər iki istiqamətdə üç hərəkət zolağı körpüdə iki zolağa çevrilirdi. Həmin körpü tam yeniləndi və Sumqayıt istiqamətində üç zolaq, Bakı istiqamətində isə hətta altı zolaq olmaqla körpü tikildi. Amma Bakıdan Sumqayıt istiqamətində gedən körpünün qulağındakı şəkildə gördüyünüz eybəcər mənzərə hələ də qalmaqdadır. Deyəsən, həmin yolun kənarında təhlükəli süni təpəni yaradan kimdirsə, körpünü tikəndən güclü adamdır. Çünki dövlət büdcəsinin külli miqdarda vəsaiti hesabına körpü genişlənsə də, təpə sökülüb körpüyə uyğunlaşdırılmayıb. Nəticədə, nəinki ölkəmizdə, hətta bəlkə də dünyada çox nadir mənzərələrdən biri yaranıb: körpünün qulağındakı yol körpüdən ensiz alınıb. Həmin süni təpəcik yolun hərəkət zolaqlarından birini zəbt edib və kimsə bunu israrla davam etdirir.

Amma hər şey əksinə olmalı idi. Çünki mövcud beynəlxalq və milli standartlara görə, Bakı-Sumqayıt yolu kimi yolların əsas hərəkət zolaqlarından kənarlarda eni ən azı 3 metr olan yol çiyni də olmalıdır. Həmin təpəciklər neçə ildir ki, yol çiynini əvəzləyir. Amma körpünün qulağında bütöv hərəkət zolağını zəbt eləmək çox ayıb və təhlükəli işdir.

Xatırladırıq ki, rəsmi adı Bakı-Quba-Rusiya sərhəddi yolu, indeksi M-1 olan bu yol Avropanın beynəlxalq avtomobil magistralları sırasında yer alır və beynəlxalq əhəmiyyətli yoldur. Bu yol həm də Bakının əsas giriş yollarından biridir. Həmin yol bütün standartlara ideal şəkildə uyğun olmalıdır. Bu yol hansısa təpəsevərin zərərli təxəyyülü ilə bərbad vəziyyətə gətirilə bilməz.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh