Yol nişanının tələbini pozan sürücü qəza törətdi

Qəzalar 12 May 2015 11:56 Oxunub 1241
Yol nişanının tələbini pozan sürücü qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes"lə "Jiquli"nin toqquşduğu qəzada sürücü xəsarət alıb

Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Abşeron rayonunun Masazır dairəsinə düşən hissəsində qeydə alınıb. Müəyyən edilib ki, Abışov Rövşən Misirxan oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Masazır qəsəbəsindən paytaxt istiqamətində hərəkət edərkən Masazırla Xırdalanı birləşdirən dairədə qəfildən qarşısına çıxan Hacıyev Elvin Tarverdi oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə toqquşub. 

Qəza zamanı “Jiquli”nin sürücüsü başından yüngül xəsarət alıb. Qəzda avtomobillərə də kifayət qədər ziyan dəyib.

Hadisənin təfərrüatlarının araşdırılmasını Abşeron RPİ-nin YPX-nin müfəttişləri öz üzərinə götürüb. İlkin ehtimala görə, "VAZ 2107" markalı avtomobilin sürücüsü yol ver nişanının tələbini pozaraq, dairəyə daxil olan digər nəqliyyat vasitəsinin yoluna çıxıb.

 

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh