Bakıda film kimi dəhşətli qəza – Hadisənin anbaan VİDEOsu

Avtoreyd 13 May 2015 01:48 Oxunub 6566
Bakıda film kimi dəhşətli qəza – Hadisənin anbaan VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforun tələbini pozan sürücü ağır qəzaya düşdü; maşındakılar pərişan oldu

Bakıda svetoforla tənzimlənən yolayrıcında dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, qəzaya səbəb gümüşü metal rəngli «Mersedes»in svetoforun tələbinə əməl etməməsidir. Videodan da göründüyü kimi, «Mersedes» sürətlə hərəkət edir və sağdan hərəkətdə olan nəqliyyat vasitəsinin yoluna çıxır. Elə qəzaya da bu səbəb olur. Qara rəngli avtomobil onun yoluna çıxan «Mersedes»i ön tərəfdən vuraraq yerindən oynadır. Əslində, diqqət etdikdə görürük ki, qara rəngli avtomobilin hərəkətdə olduğu yoldakı svetoforun qırmızı işığı sayrışan anda bu toqquşma baş verir. Qırmığı işıq qəzadan bir neçə saniyə sonra yanır. Amma bütün hallarda yenə də burada məsuliyyət «Mersedes»in sürücüsünün üzərindədir. 

Ən dəhşətlisi isə qəzadan sonra «Mersedes»dən düşən sərnişinlərin pərişan halda yerə yıxılması, nə etdiyini bilməməsidir. Görəsən, bu mənzərəni görən sürücü bir daha qırmızı işıqdan keçərmi? Qaydalara əməl etmək üçün vacibdirmi ki, adamın başına faciə gəlsin?

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh