Qorunmayan dəmiryol keçidləri - 9 yol qəzası, 6 ölü - VİDEO

Avtoreyd 14 May 2015 01:33 Oxunub 1870
Qorunmayan dəmiryol keçidləri - 9 yol qəzası, 6 ölü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmir yollarında potensial təhlükələr aradan qaldırılır

Dəmir yollarında potensial təhlükələr aradan qaldırılır. Söhbət qorunmayan dəmiryolu keçidlərindən gedir. Hazırda ölkə ərazisindəki 411 dəmiryolu keçidindən 338-i qorunmur. Ötən il keçidlərdə 9 yol qəzası baş verib ki, nəticədə 6 nəfər ölüb. Bəs qorunmayan keçidlərlə bağlı hansı işlər görülür?

Dəmir və avtomobil yollarının kəsişməsindəki 338 qorunmayan keçidin 53-ü qorunan keçidlə əvəzlənir. Bu işlər Bakı - Böyükkəsik dəmiryolu xəttinin Gəncə stansiyasından sonrakı hissəsində start verilib. 

«Azərbaycan Dövlət Dəmiryolları» Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ümumilikdə ölkə ərazisində 411 dəmiryolu keçidi var. Bunlardan 48-i Bakı - Böyükkəsik xətti üzərindəki 48 stansiya ərazisində yerləşir.

Dövlət proqramı çərçivəsində qorunmayan dəmiryolu keçidlərində rabitə siqnalzasiya sistemi də qurulacaq. Keçidlərə qatar yaxınlaşdıqda avtomat sistemlə sürücülərə və piyadalara xəbərdarlıq siqnalı verilərək şlaqbaun bağlanacaq.

Qorunmuyan dəmir yolu keçidlərində ötən il ərzində baş verən 9 yol qəzası nəticəsində 6 nəfər ölüb 5 nəfər yaralanıb.

Təhlükəli keçidlər əsasən Bakı-Böyük kəsik dəmiryolu istiqamətində yerləşir. Qorunmayan keçidlərə Bakıda da rast gəlmək olur.

Bakı-Böyük kəsik istiqamətindəki keçidlərdən sonra avtomatlaşdırma işləri digər istiqamətlərdə aparılacaq.

 

 

xəzərxəbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh