Qadın sürücünün avtomobili bir anda alovlandı – DƏHŞƏTLİ VİDEO

Avtoreyd 15 May 2015 14:34 Oxunub 1790
Qadın sürücünün avtomobili bir anda alovlandı  – DƏHŞƏTLİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alovların bir anda artması nəticəsində qadın sürücü kabus dolu anlar yaşayıb

Rusiyada qeyri-adi hadisə baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, yolda hərəkətdə olan avtomobil qəflətən alışaraq yanmağa başlayıb. Maşını idarə edən qadın sürücü baş verənlərdən şoka düşüb.

Cəld avtomobili saxlayan qadın özünü çölə atıb. Alovların bir anda artması nəticəsində qadın sürücü kabus dolu anlar yaşayıb. Sürücü şansının da köməyi ilə hadisədən yüngül yanıq xəsarəti ilə xilas olub. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra insanlar arasında böyük marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri hadisənin görüntülərini dəfələrlə paylaşıb və müzakirə ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh