Bakıda avtobus uçdu; sonra aşdı – REAL VİDEO

Avtoreyd 20 May 2015 01:32 Oxunub 5676
Bakıda avtobus uçdu; sonra aşdı – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə qəzalar adətən sürücünün yuxulamasının nəticəsi ola bilər

Bakıda yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az-ın məlumatına görə, Aeroport yolunda yüksək sürətlə hərəkət edən minik avtomobili qəflətən «Shagman»ın yoluna çıxaraq onu ötməyə çalışır. Nəticədə «Shagman» minik maşınını vuraraq sürüyür. Çünki həmin yolda sürət həddi yüksək olduğu üçün maşını saxlamaq dərhal mümkün olmur. Bir qədər sonra isə minik maşını «Shagman»ın qarşısından çıxaraq sol tərəflə hərəkətdə olan sərnişin avtobusuna çırpılır. Avtobus sürücüsü qəzadan yayınmağa çalışarkən daha dəhşətli hadisə ilə üzləşir. Belə ki, sərnişin avtobusu arakəsməyə dəyərək dəmirlərin üzərindən uçub əks yola düşür və aşır. Ətrafdakı insanlar dərhal köməyə gəlir.

Növbəti yol qəzasının da işitrakçısı sərnişin avtobusudur. Yoldan çıxaraq səkiyə dəyən avtobus bir anda yolun ortasına aşır.

Kadrlara diqqət etdikdə məlum olur ki, avtobusun qarşısında heç bir maneə yoxdur. Belə qəzalar adətən sürücünün yuxulamasının nəticəsi ola bilər.

Avtosfer.az Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Xidmətindən əldə etdiyi həmin qəza görüntülərini təqdim edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh