Bakı-Qazax yolunda ağır qəza

Qəzalar 15 May 2015 11:52 Oxunub 1284
Bakı-Qazax yolunda ağır qəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və sərnişinlər xəsarət alıblar. Xəsarət alanlar, 1964-cü il təvəllüdlü Ənvər İbrahimov, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh