Bakının mərkəzində xanım sürücü qəzaya səbəb oldu – VİDEO

Qəzalar 15 May 2015 12:29 Oxunub 1597
Bakının mərkəzində xanım sürücü qəzaya səbəb oldu  – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücünün ehtiyatsız hərəkəti ona baha başa gəldi

Bakının mərkəzində xanım sürücü qəzaya səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, İstiqlaliyyət küçəsi ilə hərəkət edən “Mazda 3” markalı avtomobili idarə edən sürücünün qarşısına qəflətən xanım sürücünün idarə etdiyi 90 RU 530 dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobil çıxıb və qəzaya səbəb olub.

Hadisə avtomobilə quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə lentə alınıb.

Görüntülərdə xanım sürücü dönmə işıqlarını yandırıb, İstiqlaliyyət küçəsindən Bünyad Sərdarov küçəsinə manevr edərək, yolun digər iştirakçılarının ona yol verib-vermədiyinə əmin olmadan hərəkət edir. 

Xanım sürücünün ehtiyatsız hərəkəti ona baha başa gəlib. 

Belə ki, “Nissan Juke” markalı avtomobilin qəflətən etdiyi manevr nəticəsində qəzadan qaçmaq istəyən “Mazda 3” markalı avtomobilin sürücüsü əyləci sıxsa da toqquşma baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh