Göygöldə qəza: qardaş-bacı ağır yaralandılar

Qəzalar 15 May 2015 14:01 Oxunub 1274
Göygöldə qəza: qardaş-bacı ağır yaralandılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Azərbaycanın Göygöl rayonunda bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 15-də saat 11.00 radələrində rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon Bayan kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan Məhərrəmovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə "Ural" markalı yük avtomobili toqquşub. Nəticədə "VAZ-21011"in sürücüsü və onun bacısı, 1995-ci il təvəllüdlü Ayşən Məhərrəmova yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh