Xocahəsəndə ağır yol qəzası: iki nəfər xəsarət aldı

Qəzalar 15 May 2015 15:11 Oxunub 1125
Xocahəsəndə ağır yol qəzası:  iki nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır

Bakının Binəqədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb. Qəza Lomonosov adına Universitetin qarşısındakı trasda olub.

Hadisə nəticəsində 37 yaşlı Bəxtiyar Abuzərov və 30 yaşlı Sərvan Hüseynov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh