Yollarımızda 2 gündə 9 ölü, 20 yaralı

Qəzalar 11 Aprel 2014 00:00 Oxunub 1997
Yollarımızda 2 gündə 9 ölü, 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir hadisə ilə bağlı araşdırmalar aparılır

Aprelin 11-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, gün ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər həlak olub, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakının Binəqədi rayonunda 2 “Hyundai” markalı avtomobilin toqquşması hər iki sürücünün həyatına son qoyub. Gəncədə isə avtomobil iki piyadanı vuraraq öldürüb. Daha bir ölümlə nəticələnən qəza isə Ağdaş rayonunda qeydə alınıb. Hər bir hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.

 

avtosfer.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytından əldə etdiyi məlumata görə isə aprelin 10-da respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh