İki polis qəzaya düşdü; biri ağır yaralandı

Qəzalar 16 May 2015 23:27 Oxunub 1209
İki polis qəzaya düşdü; biri ağır yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«VAZ-2107» markalı avtomobillə «Nissan» toqquşub

Bakıda DİN əməkdaşı gecə saatlarında qəzaya düşüb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Nizami rayonu, Q.Qarayev prospektində bir neçə gün öncə baş verən qəzada 3 nəfər yaralanıb. DİN Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun Mühafizə Şöbəsinin manqa komandiri serjant, 1986-cı il təvəllüdlü Oqtay Ələsgərovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Bakı sakini 1964-cü il təvəllüdlü Şahin İsmayılovun idarə etdiyi «Nissan» markalı maşın toqquşub. Hadisə nəticəsində serjantın sərnişinləri “Azneftyağ”ın Mühafizə Şöbəsinin polisi 1985-ci il təvəllüdlü Razim Şirinov, 1991-ci il təvəllüdlü Anar Yusifov və onun qardaşı 1994-cü il təvəllüdlü Elnur xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Polis R.Şirinovun vəziyyəti ilkin olaraq orta ağır kimi qiymətləndirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh