Maşın qaz borusuna çırpılıb aşdı; yaralı var - FOTOLAR

Qəzalar 18 May 2015 02:57 Oxunub 1436
Maşın qaz borusuna çırpılıb aşdı; yaralı var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hyundai- Santafe” markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb

Dünən axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Oğuz rayonu, Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, Oğuz istiqamətində hərəkətdə olan 90-MV-177 dövlət nömrə nişanlı “Hyundai- Santafe” markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.Avtomobil aşmazdan öncə yolun sağ tərəfindən keçən yeni çəkilmiş qaz xəttinə çırpılaraq borunu qırıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə sürücüdən başqa iki xanım sərnişin də olub. Onlardan biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh