Hərəkəti hansı sürətlə davam etdirə bilər? – SUALIN DOĞRU CAVABI

Yarışma 18 May 2015 17:30 Oxunub 1992
Hərəkəti hansı sürətlə davam etdirə bilər? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün sual yol nişanlarının qüvvəsi ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir: 

Bu avtomobilin sürücüsü qarşıdakı yolayrıcından sonra hərəkətini hansı maksimal sürətlə davam etdirə bilər? 

 

A) 60 km/saat;

B) 70 km/saat;

C) 90 km/saat;

E) 110 km/saat.

 

Sualın ilk və doğru cavabını Qasım adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

İndii isə gəlin, sualın daha dəqiq cavabı ilə tanış olaq. Şəkildə qarşısında 2.3.2 “İkinci dərəcəli yolun birləşməsi” nişanı quraşdırılmış yolayrıcı verilib. Qanunvericiliyə əsasən, bu nişan yalnız yaşayış məntəqəsindən kənar yerdə ikinci dərəcəli yolun birləşdiyini bildirmək üçün tətbiq olunur. “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin 6-cı hissəsinə əsasən, belə nişanla işarələnmiş yolayrıcından əvvəl quraşdırılan 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanının qüvvəsi həmin yolayrıcında başa çatır. Deməli, şəkildəki üzərində “70” olan 3.24 nişanı yolayrıcında qüvvəsini itirir və sürücü bu yolayrıcından sonra yaşayış məntəqəsindən kənar avtomagistral sayılmayan yolda icazə verilən maksimum sürəti, yəni 90 km/saat-ı aşmamaqla hərəkət edə bilər. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq:  Bu avtomobilin sürücüsü qarşıdakı yolayrıcından sonra hərəkətini 90 km/saat-dan artıq olmayan sürətlə davam etdirə bilər.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh