«07» «Mersedes»lə yarışa çıxdı; qəza törədib svetofora girdi - VİDEO

Avtoreyd 23 May 2015 21:56 Oxunub 2395
«07» «Mersedes»lə yarışa çıxdı; qəza törədib svetofora girdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşmadan sonra hər iki avtomobil svetofora çırpılaraq onu aşırıb

Bakıda baş vermiş daha bir qəza svetoforun tələbinin pozulmasının nəticəsidir. Avtosfer.az-ın məlumatına görə, qəzanın anbaan videosundan məlum olur ki, «VAZ-2107» və «Mersedes» markalı avtomobillər yarışa çıxıb. Onlar svetoforun qırmızı işığından keçirlər və öz yolu ilə hərəkət edən başqa bir minik avtomobili «07» ilə toqquşur.

Svetoforun yaşıl işığından da aydın olur ki, soldan gələn avtomobil öz yolundadır və yaşıl işıqda hərəkət edir. «07» isə sürətlə onun yoluna çıxıb ağır qəza törədir. Qəzadan sonra «07» ilə yarışan digər avtomobil aradan çıxır. «07» isə toqquşduğu maşınla birlikdə svetofora çırpılıb onu aşırır.

Avtosfer.az DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edir.

 

Elməddin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh