«ASAN xidmət»dən sürücülük vəsiqələri ilə bağlı yenilik

Yeniliklər 21 May 2015 18:35 Oxunub 7370
«ASAN xidmət»dən sürücülük vəsiqələri ilə bağlı yenilik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətin qiyməti 90 manatdır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün “ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb.

Avtosfer.az xəbər verir ki bu barədə “ASAN” xidmətdən azvision-a verilən məlumata görə, hazırda Bakı ərazisində sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmət həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar.

“ASAN” xidmətdən verilən məlumatda deyilir: “Paytaxtda yaşayan və ya işləyən vətəndaş bu əməliyyatı həyata keçirmək üçün səyyar “ASAN” xidməti əməkdaşını çağıra bilər. Xidmət ödənişlidir. Xidmətin qiyməti 90 manatdır (ƏDV-siz)”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh