Sürücülər yol vergisi ödəyəcək?

Gündəm 22 May 2015 23:37 Oxunub 1674
Sürücülər yol vergisi ödəyəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Məlumatın nə səbəbdən tam əksinə getməsi mənə də maraqlıdır»

Dünən mətbuatda yayılan bir xəbərdə bildirilirdi ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisini ödənilməsi barədə sənəd təqdim etməli olacaqlar. Avtosfer.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov mətbuatda yayılan bu xəbərlə bağlı açıqlama verib. O bildirib ki, yeni yol vergisini barədə yayılan xəbər tamamilə yalnışdır. “Belə bir məlumat yayılır ki, guya ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaqlar. Məlumata görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb”.

Eskpert deyir ki, bu məlumat yanlışdır, daha doğrusu hər şey əksinədir. “Bilirsiniz ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək 1 yanvar 2015-ci il tarixdən ölkədə daimi qeydiyyatda olan avtomobillərə görə yol vergisi ləğv olundu. Amma “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsində texniki baxış zamanı tələb olunan sənədlərin siyahısı əvvəlki kimi qalırdı. Həmin siyahıda olan sənədlərdən biri yol vergisinin ödənilməsinə dair sənəd idi. Parlament bu qanunu Vergi Məcəlləsinə uyğunlaşdırmaq üçün yol vergisinin ödənilməsinə dair sənədlə bağlı müddəanı qanundan çıxaracaq. Dəyişiklik bax bu olmalıdır. 

Məlumatın nə səbəbdən tam əksinə getməsi mənə də maraqlıdır” - deyə nəqliyyat eksperti bildirib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh