Metrodakı ayaqyolularından bütün turistlər İSTİFADƏ EDƏ BİLƏCƏK?

Gündəm 22 May 2015 17:44 Oxunub 1338
Metrodakı ayaqyolularından bütün turistlər  İSTİFADƏ EDƏ BİLƏCƏK?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Hər nə lazımdırsa onlardan soruşulacaq və lazımi köməklik ediləcək»

Avropa Oyunlarında Azərbaycana gələcək turistlər üçün 90-a yaxın könüllü cəlb etmişik. Onlar üçün hər nə lazımdırsa edəcəyik. Avtosfer.az xəbər verir ki, bu barədə azadinform-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O qeyd edib ki, onların geyindiyi köynəyin üzərində “Ask me” sözləri olacaq: “Hər nə lazımdırsa onlardan soruşulacaq və lazımi köməklik ediləcək. Əlimizdən gələn hər şeyi edəcəyik ki, Azərbaycan bu mötəbər tədbirdən alnı açıq, üzü ağ çıxsın”. Metropolitenin daxilində olan tualetlərdən istifadəyə gəlincə isə bunun üçün də turistlərə güzəşt ediləcək və onlara icazə veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh