Qəza törədən trans danışdı: «Mənim adım Dadaşpaşa deyil" FOTO

Gündəm 22 May 2015 18:20 Oxunub 5412
Qəza törədən trans danışdı: «Mənim adım Dadaşpaşa deyil" FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bütün rəsmi sənədlərdə adım Dəmirova Ayla Altay qızı kimi gedir»

Bir neçə gün öncə Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində qəza törətmiş şəxs mətbuatın onu "Rəna" kimi tanınan Dadaşpaşa adıyla təqdim etməsindən narazıdır.

Ölkə.az-ın redaksiyası ilə əlaqə saxlayan sürücü bildirib ki, onun keçmiş adı Dadaşpaşa olmayıb: "Bütün rəsmi sənədlərdə adım "Dəmirova Ayla Altay qızı" kimi gedir. Yəni Dadaşpaşa adının mənə heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, əməkdaşlarımız A.Dəmirovadan geniş müsahibə götürüblər. Son günlər sosial mediada və mətbuatda məşhurlaşan bu xanım "vəzifəli sevgililərim olub", "bir çox məşhurlar mənimlə yaxınlıq etmək istəyiblər" kimi fikirlər səsləndirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh