Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu - FOTO

Gündəm 23 May 2015 22:23 Oxunub 7563
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hacı İbrahim «Rolls Royce», «Bentley» və digər avtomobillərini dəyər-dəyməzinə satır

Son günlər başı üzərində «qara buludlar dolaşan» tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb. Avtosfer.az-ın məlumatına görə, Hacı İbrahim bu məqsədlə rəhbəri olduğu «Avesta» şirkəti ilə yanaşı, bir çox əmlkanı da satışa qoyub. Dünən Hacı İbrahimin özünün idarə etdiyi «Bentley» markalı avtomobilin Bakıdakı «Bentley» servisdə satışa qoyulduğunu görənlər olub. Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model «Rolls Royce-Phantom» (1 milyon dollar), «Range Rover» (180 min), «Nissan Patrool» və digər model maşınlar da mövcuddur.

Qeyd edək ki, «Bentley» markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi «Bentley» sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollar…

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh