Hava buludlu və yağmursuz olacaq

Gündəm 23 May 2015 12:22 Oxunub 1342
Hava buludlu və yağmursuz olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxt Bakıda havanın temperaturu 26 dərəcəyə çatacaq

Bu gün paytaxt Bakıda və Azərbaycanın rayonlarında havanın buludlu və yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh