Yol polisi bu işarələrlə sürücülərə nə demək istəyir? - VİDEO

Avtoreyd 23 May 2015 14:29 Oxunub 1852
Yol polisi bu işarələrlə sürücülərə nə demək istəyir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşının əl hərəkətlərini anlamayan sürücülər üçün animasiya hazırlanıb

DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətini nizamlayan yol polisi əməkdaşının sürücülər üçün müəyyən hərəkətləri ilə bağlı animasiya hazırlayıb. Avtosfer.az həmin animasiyanı sürücülərin diqqətinə çatdırır. Gəlin görək, bu videoda yol polisi nə demək istəyir?

Avtosfer.az bildirir ki, yol hərəkətini nizamlayan DYP əməkdaşının sürücülərə ünvanladığı siqnallar arasında "Sürəti azaldın" və "Sürəti artırın" siqnalları da var.

Birinci siqnal yolda nəzərdə tutulandan aşağı sürətlə hərəkət zəruri olduqda, məsələn, yolun müəyyən hissəsində qəza təhlükəsi yaradan çökmələr, dağılmalar olduqda, yolun yaxınlığında kütləvi tədbir keçirildikdə, yolda sürətli hərəkət təhlükə doğurduğu digər hallarda verilir.

İkinci siqnal isə əksinə, nisbətən yuxarı sürətlə hərəkət edərək yolu tez boşaltmaq zərurəti yarandıqda, həmin yerdə sıxlıq və tıxac yaranmasının qarşısını almaq üçün verilir.

Sürücülər hər iki siqnala riayət etməlidilər. Bu siqnallar animasiyada göstərilən qaydada verilir.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh