DYP-dən xəbərdarlıq – Bu gün bu yollar bağlanır - SİYAHI

Mayın 25-də Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı paytaxt sakinlərinə, avtomobil sahiblərinə və sürücülərə müraciət edib. Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar olaraq mayın 25-də, saat 16:30-dan başlayaraq gecə saat 12-dək paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Vaqif Əsədov bildirib ki, sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəbəsəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.
Yol polisi sürücülərdən xahiş edir ki, qeyd olunan müddətdə küçə və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə etməklə ictimai nəqliyyata üstünlük versinlər.
Elməddin
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO












