Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı - VİDEO

Gündəm 24 May 2015 13:55 Oxunub 1292
Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb. Mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərkəti dayandırıb.  Həmin karvana aid olan avtomobillərdən birində isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar. Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər.  Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub.

 

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh