Havanın temperaturu daha da yüksəlir

Gündəm 24 May 2015 14:23 Oxunub 1251
Havanın temperaturu daha da yüksəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkədə hava şəraiti yağmursuz olacaq 

Mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava gün ərzində əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 9-14°, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 7-12°, gündüz 15-20° isti gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27° isti təşkil edəcəyi gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 14-16°, gündüz 22-27° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.

 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh