Bakıda belə qəzalar da baş verir – Sürət və qaçhaqaç - VİDEO

Avtoreyd 25 May 2015 11:42 Oxunub 2889
Bakıda belə qəzalar da baş verir – Sürət və qaçhaqaç - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həddini aşanlar və tələskənlik edənlər ağır qəzalara səbəb olur

Hər bir yol qəzasının səbəbi var. Nadir hallarda ola bilər ki, qəza baş verdikdə hər iki tərəf günahkar olsun. Bəzən isə qəzalar demək olar ki, heç nədən baş verir. Sadəcə bir qədər məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır ki, bu qəzalar baş verməsin. Avtosfer.az-ın təqdim etdiyi bu qəza videolarından bir daha aydın olur ki, sürət həddini aşanlar, tələskənlik edənlər ağır qəzalara səbəb olurlar.

Sürətlə hərəkət edərkən idarəetməni itirən sürücü qəza törədib hətta qarşı yola çıxır. Burada səbəb, sadəcə olaraq, sürət həddinin aşılmasıdır. Yolayrıcını keçərkən sağa-sola baxmağa əziyyət çəkən sürücülər də var. Svetoforun qırmızı işığı sönməmiş hərəkət edib «irəli düşmək» istəyənlər də qəza törədib sözün əsl mənasında geri düşürlər.

Səbr, təmkin, sürücü mədəniyyəti öz yerində. Qaydalara əməl etsəydilər, bu videodakı qəzalar da baş verməzdi. Bunu taleyin qisməti saymaq da düzgün deyil. Şüurlu insan qazı basıb sürəti qaldırırsa, yolayrıcını keçərkən sağa-sola baxmırsa, buna qismət nə etsin?

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh