Bu nişan nəyi ifadə edir? – SUALIN CAVABI

Yarışma 25 May 2015 12:02 Oxunub 2010
Bu nişan nəyi ifadə edir? –  SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını təqdim edir. Sualımız nişanlarla bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir: Bu nişan nəyi ifadə edir?

A) Yaşayış məntəqəsinin adını bildirir, yol hərəkəti ilə əlaqəsi yoxdur;

B) Yaşayış məntəqəsinin adını və yol hərəkətinin yaşayış məntəqəsinə aid qaydalarının tətbiq olunduğu yol sahəsinin başlanğıcını bildirir;

C) Yaşayış məntəqəsinin başlanğıcını göstərməklə sürücülərin diqqətli olmasını tələb edir, lakin yaşayış məntəqəsinə aid xüsusi qaydaların tətbiq olunmadığını bildirir.

Bu həftənin sualına ilk və doğru cavabı Həsən Sultanov verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın daha dəqiq cavabı isə belədir: “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 49-cu bəndinə əsasən, yaşayış məntəqəsinin adı yazılmış ağ fonu olan 5.22 nişanı yaşayış məntəqəsinin girişində qoyulur və yol hərəkətinin yaşayış məntəqəsinə aid qaydalarının tətbiq olunduğu yol sahəsinin başlanğıcını bildirir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Bu nişan yaşayış məntəqəsinin adını və yol hərəkətinin yaşayış məntəqəsinə aid qaydalarının tətbiq olunduğu yol sahəsinin başlanğıcını bildirir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh