Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı, rekordunu təzələdi

Gündəm 25 May 2015 13:03 Oxunub 1326
Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı, rekordunu təzələdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb

Azərbaycan velosipedçisi Rusiyada 2 gümüş medal qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb. Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib. Yeri gəlmişkən, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib. Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh