Bakıda 30 dərəcə isti olacaq

Gündəm 25 May 2015 13:22 Oxunub 1170
Bakıda 30 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cənub küləyi əsəcək

Mayın 26-da Bakı və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturu gecə 14-17, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh