Bakıda saat 22:00-da xüsusi qadağa

Gündəm 25 May 2015 15:33 Oxunub 1215
Bakıda saat 22:00-da xüsusi qadağa
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha bir prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Bakının daha bir prospektində hərəkət qismən məhdudlaşdırılacaq. Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. "Bu gün saat 22:00-dan səhər saatlarınadək F.Xoyski prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq" - deyə Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı sürücülər lazım olmadıqca həmin ərazidən istifadə etməsinlər: "Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh