Şəxsi avtomobillə xaricə gedənlərə şad xəbər - VİDEO

Qaydalar 30 May 2015 00:49 Oxunub 5680
Şəxsi avtomobillə xaricə gedənlərə şad xəbər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan icbari sığortada "Yaşıl kart" sisteminə qoşuldu

Avtomobil sığortasında yenilik. Artıq xarici ölkələrdə qəza törədən sürücülərin də mülki məsuliyyəti sığortalanacaq. Azərbaycan icbari sığortada "Yaşıl kart" sisteminə qoşuldu. Bununla da, xarici ölkələrə şəxsi avtomobili ilə səyahət edən şəxs beynəlxalq icbari sığorta sistemindən yararlanacaq. Sistem gələn ilin yanvarndan işə düşəcək.

Yaşıl kart icbari sığortanın nəzdində bağlanılan əlavə müqavilədir. Müqavilənin qiyməti bağlanıldığı müddətdən asılı olacaq. Xarici ölkəyə öz avtomobili ilə səfər edən şəxs, orda olacağı müddətə uyğun "Yaşıl Kart" müqaviləsi bağlaya bilər.

İcbari Sığorta Bürosunun nəzdində Yaşıl kart bürosu təsis edilib. Sığorta şirkətləri büroda qeydiyyata düşməlidir. Sürücülər yaşıl kartı yalnız üzv olan sığorta şirkətindən tələb edə bilərlər.

Sistemə daxil olan ölkələrdən Azərbaycana gələnlər də öz ölkələrinin Yaşıl Kartı ilə burada hərəkət edə biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh